Davud Abasov

Ata adı: Yalçın

Doğum tarixi: 1999-11-19

Şəhid olduğu tarix:

Doğum yeri:

Davud Abasov 19 noyabr 1999-cu ildə Cəlilabad rayon Sabirabad kəndində anadan olub.O, orta məktəbini Uzuntəpə kəndində, Şəhid Eldəniz Yusubov adına orta məktəbdə oxuyub. 2018-ci ildə orta məktəbi bitirib, elə həmin ili Ordu sıralarına yollanıb.Hərbi xidmətini əsgər kimi Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəd postunda edib. Həmin vaxt düşmən təxribatının qarşısının alınmasında şücaət göstərib, 1 mülkü vətəndaşımızın həyatını xilas edib. Daha sonra isə "Gizirlik" hərbi kursuna başlayıb, kursu müvəfəqiyyətlə bitirdikdən sonra gizir hərbi rütbəsi ilə təltif olunub. Rütbə ilə təltif olunduqdan 2 ay sonra Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinə qəbul edilib, orada da kursu müvəfəqiyyətlə bitirdikdən sonra ÇHD giziri kimi hərbi xidmətinə başlayıb. Davud, dəfələrlə xüsusi təyinatlı snayper kurslarından keçib. 27 sentyabr tarixində başlayan Vətən müharibəsində DSX ÇHD snayper gizir kimi döyüşlərə atılıb. Zəngilan, Füzuli rayonları və Hadrut qəsəbəsinin düşmən işğalından azad edilməsi əməliyyatlarında igidlik, şücaət göstərib. Düşmənin nəfəsini kəsən oğullarımızdan olub. Oktyabr ayının 9-da qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib."Vətən uğrunda" medalı ilə təltif olunub.
WhatsApp Image 2020-12-27 at 20.50.20.jpeg