Elşən Abdullayev

Ata adı: Sabir

Doğum tarixi: 1992-08-01

Şəhid olduğu tarix: 2020-11-08

Doğum yeri: Gəncə şəhəri

Abdullayev Elşən Sabir oğlu 01 avqust 1992-ci ildə Gəncə şəhərində anadan olub. 2010-cu ildə Gəncə Dövlət Universitetinin Bədən tərbiyə və idman ixtisasına qəbul olmuşdur.2014-cü ildə məzun olan Elşən 08 noyabr 2020-ci ildə torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur. Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
WhatsApp Image 2020-12-28 at 12.35.52.jpeg