Məhəmməd Abdullayev

Ata adı: Ramazan

Doğum tarixi: 1992-05-03

Şəhid olduğu tarix: 2020-10-16

Doğum yeri: Balakən

Şəhidimiz Abdullayev Məhəmməd Ramazan oğlu 03.05.1992-ci il tarixində Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. Həmin kəndin 2 saylı tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq cəbhəyə yollamış, 16.10.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Balakən rayon Şəhidlər Xiyabanında dəfn olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Vətən uğrunda” medalı ilə təltif olunmuşlar.
WhatsApp Image 2020-12-28 at 12.40.55.jpeg