Rəşad Abdullayev

Ata adı: Arif

Doğum tarixi: 1988-09-14

Şəhid olduğu tarix: 2020-09-29

Doğum yeri: Cəlilabad rayonu; Göytəpə (həmin dövrdə Prişib) кəndi

Ailədə üç bacının yeganə qardaşı olan Rəşad Abdullayev 1995-2003-cü illərdə Göytəpə кənd tam orta məкtəbində, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 6 yaşında bir qızı və 4 yaşında bir oğlu yadigar qaldı. Rəşad Abdullayev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Tanкəleyhinə Tağım Komandiri vəzifəsində çalışıb. 2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin təlimlərinə ezam olundu. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Xüsusi Təyinatlı Qrupun Komandir müavini vəzifəsində çalışırdı. Rəşad Abdullayev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Rəşad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Rəşad Abdullayev Murovdağ döyüşləri zamanı şəhid olub. Təltif olunduğu medallar: (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı; (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı; (24.06.2016) — "Hərbi xidmətlərə görə" medalı; (26.06.2017) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı; (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı; (28.05.2019) — "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı; (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra); (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra); (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra).
WhatsApp Image 2020-12-28 at 13.13.14.jpeg