Rəşid Abdullayev

Ata adı: Abdulla

Doğum tarixi: 2002-03-23

Şəhid olduğu tarix: 2020-11-07

Doğum yeri: Gəncə

2008-2019-cu illərdə Samux rayonunda İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb. Rəşid Abdullayev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Rəşid Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa uğrunda gedən savaşda qəhrəmanca şəhid olub. Gəncə şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
WhatsApp Image 2020-12-28 at 13.13.00.jpeg