Cavid Abdullayev

Ata adı: Vahid

Doğum tarixi: 2000-04-23

Şəhid olduğu tarix: 2020-12-12

Doğum yeri: Qax rayonu Qaşqaçay kəndi

Abdullayev Cavid Vahid oğlu 23.04.2000 tarixində Qax rayonunun Qaşqaçay kəndində anadan olub. Orta təhsilini Zeynəddin Rəhimov adına Qaşqaçay kənd orta məktəbində bitirib. 2019-cu il aprel ayında həqiqi hərbi xidmətə çağrılır. Tərxis olunmağına 3 gün qalmış ilk gündən Vətən müharibəsində aktiv döyüşlərə qatılır. Bir çox hərbi əməliyyatlarda aktiv iştirak edir və qəhrəmanlıq göstərir. Ən son olaraq Cəbrayıl rayonu Qaragöz kəndi yaxınlığındakı döyüşdən sonra bir daha xəbər almaq mümkün olmur. 12.12.2020 tarixində şəhid xəbəri gəldi və o şəhidlik zirvəsinə ucalmışdı. Doğma kəndində dəfn olundu.
maxresdefault.jpg