Şuşa rayonu

Şuşa

Ərazisi 310 kv.km-dir, o cümlədən 1 şəhər, 1 qəsəbə və 37 kənddən ibarətdir. Şuşanın ərazisi dağlıqdır (Qarabağ dağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m.). Keçəldağ aşırımı Şuşa rayonundadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. 

1992-ci ilin may ayının 8-də Şuşa rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşanın işğalı zamanı 195 nəfər şəhid olmuş, 165 nəfər yaralandı, 150 nəfər əlil olmuş, 55 nəfər əsir düşdü və ya girov götürüldü, 552 körpə yetim qalmış, 22 minə yaxın insan məcburi köçkün düşmüş, 300 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılmışdır.