Zəngilan rayonu

Zəngilan

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Ərazisi 730 kv. km, əhalisi 41,75 min nəfərdir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. 1993-cü il oktyabrın 29-u Zəngilan mənfur düşmən tərəfindən işğal olunmuşdur. Zəngilan camaatı uzun müddət təpədən dırnağadək silahlanmış yağı düşmənin hücumlarına mərdliklə sinə gərmiş, düşmən qabağından qaçmamışdır. Qanlı döyüşlərdə Zəngilan 188 şəhid vermiş, rayonun 44 sakini itkin düşmüşdür.