Vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarət olunub.

1.jpg

"ASAN Könüllüləri" Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Mehdi Məmmədovun ailə üzvləri ziyarət edilib.

Ziyarət zamanı şəhidimizin ailəsinə şəhidin portreti və “Gilabi Ceramics” ( Gilabi Ceramics ) şirkətindən hədiyyə təqdim edilib. Həmçinin şəhidin ailə üzvləri “Əsgərə Məktub” yazaraq vətənin keşiyində duran mərd əsgərlərimizə ürək sözlərini ünvanlayıblar.

Qeyd edəki ki, Mehdi Məmmədov oktyabrın 4-də Suqovuşan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra "Vətən Uğrunda”, "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Şəhidimizə Allahdan rəhmət diləyirik!