"Əsgərə Məktub" layihəsi 6 yaşında!

278054274_4894846183903087_2749850953760153557_n.jpg

Böyük zəfərin başlanğıcı - Aprel döyüşləri zamanı başladılan "Əsgərə Məktub" layihəsi 6 yaşında!

"ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində bu günə qədər 100 mindən çox məktub ölkənin dörd bir yanında xidmət göstərən igid əsgərlərimizə çatdırılıb.

Layihə çərçivəsində gənclərdə vətənpərvərlik ideologiyasının yüksəlməsi və inkişafı üçün "Əsgərə Kitab" aksiyası, qazilərlə görüşlər, "Döyüş Xatirələri", "İgidlərimizi Tanıyaq" rubrikaları və bir çox layihələr həyata keçirilib, şəhid ailələri ziyarət olunub.

"Əsgərə Kitab" aksiyası çərçivəsində vətəndaşlarımız tərəfindən toplanmış yüzlərlə kitab müxtəlif bölgələrdə xidmət göstərən cəsur əsgərlərimizə çatdırılıb.

Qazilərimizin döyüş yolu və qəhrəmanlıqları ilə tanış olmaları məqsədilə, ümumilikdə müxtəlif bölgələrdən olan onlarla qazinin iştirakı ilə görüşlər baş tutub.

Şəhidlərimizin, Milli Qəhrəmanlarımızın tanıdılması məqsədilə həyata keçirilən "İgidlərimizi Tanıyaq" rubrikası çərçivəsində ümumilikdə onlarla Milli Qəhrəmanımızın həyatı haqqında ASAN Könüllülərinin rəsmi sosial şəbəkələrində paylaşım edilib.

ASAN Könüllüləri tərəfindən mütəmadi olaraq vətənimiz uğrunda qəhrəmancasına şəhid olanların məzarları həmçinin onların ailə üzvləri ziyarət olunur, onlara mənəvi dəstək göstərilir. Ziyarət zamanı könüllülərimiz tərəfindən hazırlanan şəhidlərimizin portretləri ailələrinə təqdim olunur. Ümumilikdə minlərlə şəhid ailəsinə ziyarət olunub.

İgid əsgərlərimizdə ruh yüksəkliyini artırmaq, onlara mənəvi dəstək olmaq məqsədi ilə başladılan bu layihə 6 ildir ki, fəaliyyətini müxtəlif istiqamətlərdə davam etdirir.