N saylı hərbi hissəyə ziyarət olunub

1.jpg

“ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində Kürdəmir regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar olaraq N saylı hərbi hissədə vətəndaşlar tərəfindən ünvanlanan məktublar qəhrəman əsgərlərimizə təqdim olunub. Məktubların çatdırılmasında məqsəd Azərbaycan əsgərinə mənəvi dəstək olmaq, onlarda olan ruh yüksəkliyini artırmaq, göstərdikləri şücaətə görə onlara təşəkkür etmək, xalqımızın dəstəyini və birliyini nümayiş etdirməkdir.