Vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarət olunub.

1.jpg

"ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində 1 saylı Bakı "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə şəhid Aqşin Novruzovun evi ziyarət edilib.

Ziyarət zamanı şəhidimizin anası "Əsgərə Məktub" yazaraq öz ürək sözlərini cəsarətlə torpaqlarımızı qoruyan igid əsgərlərimizə ünvanlayıb.

Qeyd edək ki, şəhid Aqşin Novruzov oktyabrın 13-də Zəngilan rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Vəfatından sonra "Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Aqşin və onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!