Sabirabad regional "ASAN xidmət" mərkəzinin könüllülərinin təşkilatçılığı ilə "Əsgərə Məktub" layihəsi həyata keçirilib.

1.jpg

Azərbaycan Ordusunun Laçın şəhərini, eləcə də Zabux və Sus kəndlərini nəzarətə götürməsi münasibətilə Sabirabad regional "ASAN xidmət" mərkəzinin könüllülərinin təşkilatçılığı ilə "Əsgərə Məktub" layihəsi həyata keçirilib.

"Əsgərə Məktub" layihəsi vasitəsilə həm mərkəz könüllüləri, həm də mərkəzə xidmətlə bağlı müraciət edən vətəndaşlar qələbəni bizə yaşadan qəhrəman əsgərlərimizə öz ürək sözlərini ünvanlayıblar.