Əsgərə Məktub yaz

Əsgərə Məktublar

Əsgərə məktub!
Əziz qardaşim, gözumun nuru, xilaskar əsgərim! Sənin vətən üçün, bizim üçün etdiyin fədakarligin qarşiligi yoxdur və dəyəri ölçüyəgəlməzdir. Sənin bizə yaşatdigin qürur əbədidir! Sən bizim puç olmuş umidlərimizi dirçəltdin,sən bizim yerlə bir olmuş qurürumuzu xilas etdin,sən neçə ananin yanan ürəyinə su səpdin, sən neçə yurd həsrəti ilə alişan insanin ümidi oldun! Sən bizim sevgimizi,birliyimizi elə böyütdün elə birləsdirdinki, bir millət dirçəldi,ayaga qalxdi və sevgimiz sərhədləri aşdı! Gözəl insan, mən sənin borcunu ödəyə bilmərəm. Amma bil ki, bir gün sənin vətən üçün etdiklərini unudarsam qəlbim qurusun! Bil ki, qürbətdə sənin üçün dua edən, sənin qədər cəsarətli olmadigi üçün utanan bir bacin,yurtdasin var. Qarşinda baş əyirəm! Qoy bütün xoşbəxtliklər sənin olsun, ayağina daş dəyməsin, canina qurban oldugum! Sonsuz minnət və sevgi ilə Ramilə Mehdiyeva Isveçrə
Ətraflı
Əsgərə məktub!
Salam, əsgər! Necə olduğunu soruşmuram. Əminəm ki, əlasan! Vətənin keşiyində dayanan şəxsin əhvali-ruhiyyəsi başqa cür ola da bilməz! İllərlə yaşadığın evdən, ailəndən, yaxınlarından uzaqlaşıb Vətənin hər hansı bölgəsində xidmət etmək bəzən çətin gələ bilər insana. Bu da təbii haldır. Vətənə xidmət asan olsa, qədri bilinməz torpağın... Çətin və məsuliyyətlidir, çətin və məsuliyyətli olmaqla yanaşı, şərəflidir Vətənə xidmət. Mən cənubi Azərbaycanda yaşayan bir Azərbaycan türkü qadınıyam və mən öz əsgərlərimizlə fəxr edirəm.Qazandığınız qələbə şanlı tariximizə qızıl hərflərlə yazıldı.Bu sizin qələbənizdir bu Azərbaycanın və bütün türk dünyasının qələbəsidir.Ölkəmiz artıq qalib ölkədir.Sevincimizin həddi hüdudu yoxdur.Bu qələbəyə görə sizə təşəkkür etməliyik.Qarşında baş əyirəm Azərbaycan əsgəri!
Ətraflı
Əsgərə məktub!
Salam,Əsgər! İstərdim ki, universitetimizin və öz adımdan sizə səmimi diləklərimi çatdırım. Müharibə başlayan gündən bitənə qədər hər gün sizin uğurlarınız barədə məlumat alırdıq. Bilirik ki, bu çətin günlərdə necə şərəfli yoldasınız. Əlbət bizlərdə lazım gəlsəydi sizlərlə eyni cəbhədə döyüşərdik. Amma indi siz bu ağır və məsuliyyətli yükü öz çiyinlərinizdə daşıyırsız. Qarlı, şaxtalı qışın soyuğunda evdən kilometrələrlə uzaqda isti ev yeməyi olmadan çok çətindir müharibədə olmaq, Vətənin keşiyində durmaq. Qardaşım da Ağdərə istiqamətində gedən döyüşlərdə yaralandı. Bu qədər çətinliyin içində siz mərdliyinizlə,məğrurluğunuzla,yenilməzliyinizlə düşmənə göz dağı verdiniz və göz dağı verməyə davam edirsiniz. Qarabağımızı işğaldan azad etdiniz, indi isə daha böyük cəsarətlə, daha çok düşmənin öhdəsindən gəlirsiz. Hər daima dualarımız sizinlədir.
Ətraflı
Əsgərə məktub!
Salam Əsgər. Salam baş tacımız. İlk öncə bizləri gecə-gündüz demədən qoruduğunuz üçün təşəkkür edirəm. Sizi tanımıram amma ən doğma olan da sizsiniz. Sizin hər biriniz bizim qürurumuz, fəxrimizsiniz. Bu cümlələri həqiqətən hiss edin. Fəxr hissinin nə olduğunu Azərbaycan Ordusu sayəsində öyrəndim. Sizi özümə örnək alıram. O qədər gözəl örnək oldunuz ki, gənc nəsilə. Həyata baxış bucağım dəyişdi. Oğlan olsaydım, bu şərəfə nail olmaq istərdim. Hərbiçi olardım. Bu alınmasa da, öz sahəmdə irəliləyib "Hərbi Həkimi" olacam. Həyatım boyunca bu Xalq, bu Vətən üçün çalışacam, bu Xalqa layiq olmağa çalışacam. Bu ölkə belə mərd oğul və qızlara sahip olduğu müddətcə yenilməzdir. Azərbaycanın İgid oğulları möhkəm dayanın. Çətin günlər geridə qalacaq. Unutmayın ki, hər sabah günəş yenidən doğur. Deməli, hər sabah yeni ümiddir. Sizlər üçün dua edirəm, Allah sizi qorusun. Sizlər bizim Qəhrəmanlarımızsınız. Haqqınızı bizə halal edin.
Ətraflı