Xəbərlər

1.jpg

ASAN Könüllüləri Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət ediblər.

ASAN Könüllüləri Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət ediblər.

"ASAN Könüllüləri" Təşkilatının Kürdəmir regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə "Əsgərə Məktub" layihəsi çərçivəsində Aprel döyüşlərinin şəhidi Tural Qurbanov və Əbu Bəkir İsmayılovun ailələri ziyarət olunub.

Şəhid Tural Qurbanov Aprel döyüşləri zamanı Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Şəhid Əbu Bəkir İsmayılov Aprel döyüşləri zamanı Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olub, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.


Ətraflı

1.jpg

"Qazilərlə Görüş" baş tutub.

“ASAN Könüllüləri” Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində Qəbələ regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə Aprel döyüşləri ilə əlaqədar olaraq görüş həyata keçirilib.

Görüş Aprel döyüşlərinin qazisi Salamzadə Xəzər İbrahim oğlunun iştirakı ilə baş tutub. Görüş zamanı səmimi söhbət aparılıb və eyni zamanda qazimiz öz döyüş xatirələrini əməkdaş və könüllülərlə bölüşüb.

Sonda qazimiz “Əsgərə Məktub” yazaraq Vətənimizin igid oğullarına öz dəstəyini bildirib.


Ətraflı

1.jpg

Aprel döyüşləri ilə əlaqədar olaraq qazilər ilə görüş həyata keçirilib.

"ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində Aprel döyüşləri ilə əlaqədar olaraq qazilər ilə görüş həyata keçirilib. Görüşə başlamamışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Görüş çərçivəsində Aprel döyüşlərinin iştirakçısı olan leytenant Loğman Məmmədov və gizir Ruslan Abbaszadə öz döyüş xatirələrini könüllülərimiz ilə bölüşüb və könüllülərin suallarını cavablandırıblar.


Ətraflı

1.jpg

II Fəxri Xiyabana ziyarət edilərək igidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Aprel döyüşləri ilə əlaqədar olaraq ASAN Könüllüləri "Əsgərə Məktub" layihəsi çərçivəsində II Fəxri Xiyabanı ziyarət edərək igidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.


Ətraflı

IMG_3289.JPG

"Aprel döyüşləri" şəhidlərinin məzarları ziyarət olunub.

“ASAN Könüllüləri" Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində Şəki regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə "2 Aprel - Aprel döyüşləri" zamanı şəhid olmuş Xüsusi Təyinatlı Qoşunların kəşfiyyatçısı Elnur İsgəndərovun Şəki şəhərində yerləşən məzarı ziyarət olunub.


Ətraflı

1.jpeg

Vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarət olunub.

“ASAN Könüllüləri” Təşkilatının Masallı regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə Vətən müharibəsi zamanı şəhid olmuş leytenant Zaur Hüseynovun ailə üzvləri ziyarət olunub. Ziyarət zamanı şəhidimizin ailəsinə könüllülər tərəfindən çəkilmiş şəhidin portreti təqdim edilib, həmçinin şəhidimizin anası müzəffər ordumuzun əsgərlərinə ürək sözlərini ünvanlayıb.

 

Qeyd edək ki, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.


Ətraflı