Xəbərlər

1.jpeg

Sumqayıt şəhərində yerləşən 31 saylı tam orta məktəb "Əsgərə Məktub" layihəsinə qoşulub.

"ASAN Könüllüləri" Təşkilatının 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə “Əsgərə Məktub” layihəsi çərçivəsində Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə oxuyan az yaşlı şagirdlər “Əsgərə Məktub” layihəsinə qoşulublar.

Onlar öz ürək sözlərini rəşadətli ordumuzun əsgərlərinə ünvanlayıblar.


Ətraflı

2.jpeg

Şəki şəhərində yerləşən 5 saylı tam orta məktəb "Əsgərə Məktub" layihəsinə qoşulub.

 

“ASAN Könüllüləri" Təşkilatının Şəki regional "ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə Şəki şəhər ərazisində yerləşən 5 nömrəli tam orta məktəbin 7- ci sinif şagirdləri ilə görüş keçirilib.

Görüş çərçivəsində "Əsgərə Məktub" layihəsi haqqında şagirdlərə məlumat verilib və şagirdlər öz ürək sözlərini əsgərlərimizə məktub yazaraq ünvanlayıblar.


Ətraflı

1.jpeg

Vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarət olunub.

"ASAN Könüllüləri" Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə şəhid Amal Əhmədovun ailəsinə ziyarət olunub. Könüllülərimiz tərəfində çəkilən şəhid Amal Əhmədovun portreti ailəsinə təqdim edilib. Şəhidin anası Əhmədova Mehriban xanım tərəfindən şəhidin həyat yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında könüllülərimizə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Amal Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahl Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Amal Əhmədov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub və Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.


Ətraflı

1.jpg

Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub.

"ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində Masallı regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş Rafiq Əlihəsənov və 2-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş Niyaməddin Sultanzadənin məzarı ziyarət olunub.


Ətraflı

image00001.jpeg

Vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarət olunub.

"ASAN Könüllüləri" Təşkilatının Balakən regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə "Əsgərə Məktub" layihəsi çərçivəsində Aprel döyüşlərinin şəhidi Sərxan Bayramovun ailəsi ziyarət olunub.

Ziyarət zamanı şəhidimizin ailəsinə könüllülər tərəfindən hazırlanmış əl işi təqdim edilib, həmçinin şəhidimizin anası müzəffər ordumuzun əsgərlərinə ürək sözlərini ünvanlayıb.


Ətraflı

278054274_4894846183903087_2749850953760153557_n.jpg

"Əsgərə Məktub" layihəsi 6 yaşında!

Böyük zəfərin başlanğıcı - Aprel döyüşləri zamanı başladılan "Əsgərə Məktub" layihəsi 6 yaşında!

"ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində bu günə qədər 100 mindən çox məktub ölkənin dörd bir yanında xidmət göstərən igid əsgərlərimizə çatdırılıb.

Layihə çərçivəsində gənclərdə vətənpərvərlik ideologiyasının yüksəlməsi və inkişafı üçün "Əsgərə Kitab" aksiyası, qazilərlə görüşlər, "Döyüş Xatirələri", "İgidlərimizi Tanıyaq" rubrikaları və bir çox layihələr həyata keçirilib, şəhid ailələri ziyarət olunub.

"Əsgərə Kitab" aksiyası çərçivəsində vətəndaşlarımız tərəfindən toplanmış yüzlərlə kitab müxtəlif bölgələrdə xidmət göstərən cəsur əsgərlərimizə çatdırılıb.

Qazilərimizin döyüş yolu və qəhrəmanlıqları ilə tanış olmaları məqsədilə, ümumilikdə müxtəlif bölgələrdən olan onlarla qazinin iştirakı ilə görüşlər baş tutub.

Şəhidlərimizin, Milli Qəhrəmanlarımızın tanıdılması məqsədilə həyata keçirilən "İgidlərimizi Tanıyaq" rubrikası çərçivəsində ümumilikdə onlarla Milli Qəhrəmanımızın həyatı haqqında ASAN Könüllülərinin rəsmi sosial şəbəkələrində paylaşım edilib.

ASAN Könüllüləri tərəfindən mütəmadi olaraq vətənimiz uğrunda qəhrəmancasına şəhid olanların məzarları həmçinin onların ailə üzvləri ziyarət olunur, onlara mənəvi dəstək göstərilir. Ziyarət zamanı könüllülərimiz tərəfindən hazırlanan şəhidlərimizin portretləri ailələrinə təqdim olunur. Ümumilikdə minlərlə şəhid ailəsinə ziyarət olunub.

İgid əsgərlərimizdə ruh yüksəkliyini artırmaq, onlara mənəvi dəstək olmaq məqsədi ilə başladılan bu layihə 6 ildir ki, fəaliyyətini müxtəlif istiqamətlərdə davam etdirir.


Ətraflı