Xəbərlər

1.jpg

Sabirabad regional "ASAN xidmət" mərkəzinin könüllülərinin təşkilatçılığı ilə "Əsgərə Məktub" layihəsi həyata keçirilib.

Azərbaycan Ordusunun Laçın şəhərini, eləcə də Zabux və Sus kəndlərini nəzarətə götürməsi münasibətilə Sabirabad regional "ASAN xidmət" mərkəzinin könüllülərinin təşkilatçılığı ilə "Əsgərə Məktub" layihəsi həyata keçirilib.

"Əsgərə Məktub" layihəsi vasitəsilə həm mərkəz könüllüləri, həm də mərkəzə xidmətlə bağlı müraciət edən vətəndaşlar qələbəni bizə yaşadan qəhrəman əsgərlərimizə öz ürək sözlərini ünvanlayıblar.


Ətraflı

1.jpg

Vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarət olunub.

"ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində 1 saylı Bakı "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə şəhid Aqşin Novruzovun evi ziyarət edilib.

Ziyarət zamanı şəhidimizin anası "Əsgərə Məktub" yazaraq öz ürək sözlərini cəsarətlə torpaqlarımızı qoruyan igid əsgərlərimizə ünvanlayıb.

Qeyd edək ki, şəhid Aqşin Novruzov oktyabrın 13-də Zəngilan rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Vəfatından sonra "Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Aqşin və onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!


Ətraflı

1.jpg

5 Avqust - Azərbaycan Hərbi Donanması Günü

"ASAN Könüllüləri" Təşkilatının 5 saylı Bakı "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə 5 Avqust - Azərbaycan Hərbi Donanması Günü ilə əlaqədar Hərbi Qənimətlər parkına ekskursiya baş tutub.


Ətraflı

m.jpg

Vətəndaşlarımız tərəfindən ünvanlanmış məktublar N saylı hərbi hissədə qəhrəman əsgərlərimizə təqdim olunub.

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində Mingəçevir regional "ASAN xidmət " mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə "N" saylı hərbi hissəyə gedilərək əsgərlərimizə məktublar və kitablar paylanılıb. Bundan başqa konsert proqramı təşkil edilib.


Ətraflı

g.jpg

Azərbaycan Dövlət Aqrar Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsində təhsil alan tələbəri “Əsgərə Məktub” layihəsinə qoşulublar.

"ASAN Könüllüləri" Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsində təhsil alan tələbərə “Əsgərə Məktub” layihəsi haqqında məlumat verilib və tələbələr rəşadətli ordumuzun əsgərlərinə məktub yazaraq öz ürək sözlərini ünvanlayıblar.


Ətraflı

gg.jpg

Gəncə şəhər 13 nömrəli tam orta məktəbin şagirdləri “Əsgərə Məktub” layihəsinə qoşulub.

"ASAN Könüllüləri" Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə Gəncə şəhər 13 nömrəli tam orta məktəbə ziyarət olunub. Ziyarət çərçivəsində şagirdlər əsgərlərimizə öz ürək sözlərini məktub yazaraq ünvanlayıblar.


Ətraflı